1 Avqust 2014 23:55
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ Türkiyə Silahlı Qüvvələrinin (TSQ) şəxsi heyətində istintaqın başlanılması barədə fikirlərini bölüşüb.

Axar.az xəbər verir ki, Başbuğ TSQ rəhbəri olduğu dövrdə orduda çevriliş etməyə cəhd edənlərin gizli istintaqının aparıldığını və tərtib olunmuş siyahını Ərdoğana təqdim etdiyini deyib.

General məlumatları Baş nazirə verdiyini, Ərdoğandan isə öz növbəsində “qiymətləndirəcəyik” cavabı aldığını bildirib.


Qeyd edək ki, 22 iyul istintaqı aparılarkən ən təəccüblü açıqlamanı elə 26-cı Baş Qərargah rəisi olmuş İlkər Başbuğ vermişdi. O, “Müxtəlif yerlərdən aldığımız məlumatlar sui-qəsd əməliyyatının arxasında polislərin olduğunu göstərir. Aldığımız məlumatlar əsasında biz siyahı hazırladıq. Bu siyahını da Ərdoğana verdik. Qeyd edim ki, siyahıda birinci ad Əli Fuad Yılmazər var idi”, - deyərək istintaqın hələ bir neçə il qabaq başladığını bildirmişdi.


Onu da bildirək ki, Baş nazir Ərdoğan təqaüddə olan generalın sözlərini təsdiqləyib:


“İlkər Başbuğun dedikləri ilə tanışam. O mənə “Bu gün bizə, sabah sizə” deyərək, məni əvvəlcədən xəbərdar etmişdi. Həqiqətən də hadisələr generalın dediyi kimi oldu”.


Müəllif: