Səudiyyə Ərəbistanı ilə İran arasında siyasi gərginlik sosial mediada da özünü büruzə verir.
Teleqraf.com xəbər verir ki, Səudiyyə mediasnda İranla bağlı müharibə ssenariləri haqda videonun yayılmasına İran tərəfindən cavab gecikməyib. İran mediası da Səudiyyə Ərəbistanı şəhərlərini “bombaladığı” görüntüləri yayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı mediasında İranla baş verə biləcək müharibənin mümkün variantları haqda video yayılıb. Bu videoda Səudiyyə Ərəbistanı İranı bombalayır və şəhərlər yerlə yeksan edir.
İran mediası tərəfindən yayımlanan cavab video görüntülərində isə İranın Səudiyyənin bir şəhərini məhv etdiyi haqda video yayılıb. Videoda məhv edilən bölgədə İsrail bayrağının olması diqqəti xüsusilə çəkib.
Səudiyyənin İranı vurması:
İranın Səudiyyəni bombalaması: