Qətər əmiri Tamin bin Həmad özünə tvitter mikrobloqunda hesab açıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, şeyx dekabrın 18-də Qətər dövlətinin milli günündə @TamimBinHamad adı ilə tvitter sosial şəbəkəsində qeydiyyatdan keçib.
Qətər əmiri ilk tvitində qeyd edib: “Qətər dövlətinin milli günündə ata və babalarımızın ölkənin şərəf naminə etdiyi fədakarlığı hörmətlə anırıq. Qətər xalqının öz vətəninin müstəqilliyi, nailiyyət və prinsiplərini müdafiə etmək üçün göstərdiyi müqaviməti yüksək qiymətləndiririk. İnkişaf yolunda irəliləmək üçün qərarlı olduğumuzu vurğulayırıq”.
Yeni hesab açan Qətər əmiri 10 dəqiqə ərzində 24 min istifadəçi tərəfindən izlənilib. Əmir Tamin bin Həmad Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizdən sonra rəsmi tvitter hesabı açan ikinci körfəz ölkələri lideridir.