Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Petro Poroşenko və eks-prezident Viktor Yanukoviçi spirti içki ilə müqayisə edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı “Nyuvan” telekanalında yayımlanan “Böyük gecə” proqramında çıxışı zamanı danışıb:
“Biz hamımız bilirdik ki, Yanukoviç quldurdur. Biz viski və ya araq içəndə bədən buna müqavimət göstərməyə çalışır. Bədən bilir ki, bu zəhərdir. Siz bilirsiz ki, ən təhlükəli spirtli içki hansıdır? Pivədir. Onda spirt 12 dərəcədir. Onu içəndə orqnizm elə bilir ki, bu qidadır və dayanmadan bunu qəbul edir. Bax Yanukovuç araq idi, ancaq Poroşenko pivədir. Onlar Ukraynanın orqanizmini zəhərləyir”.
Saakaşvili Rusiya Prezidenti Vladimir Putini isə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının “idealı” adlandırıb.