25 Dekabr 2017 13:07
3 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın RAND Araşdırma Mərkəzi Rusiya Silahlı Qüvvələrinin malik olduğu imkanlara dair hesabat yayımlayıb.

Teleqraf.com xəbər verir ki, mərkəzin raportundan dünyanın ən böyük ölkələrindən olan Rusiyanı qəfil hücumla ələ keçirməyin mümkünsüz olduğu aydın olur.

1950-ci illərdən bu yana Pentaqona milli təhlükəsizlik mövzularında məsləhət verən RAND korporasiyası Rusiya Silahlı Qüvvələrinin vəziyyətini təhlil edərkən, Moskvanın özünə bərabər rəqiblə hansı formada mübarizə aparacağını araşdırıb. Mərkəz NATO-nun hansı istiqamətdə narahat olmalı olduğuna da diqqət çəkib.

Ruslar Baltik ölkələrinə və Şərqi Avropaya hücum etməyəcək

RAND Araşdırma Mərkəzi bir çox Qərb mediası və siyasətçilərin əksinə olaraq, Moskvanın Baltik ölkələrinə və ya Şərqi Avropaya hücum etmək niyyətində olmadığını ifadə edib.

“Rusiyanın hərbi imkanları, ordusunun quruluşu və davamlı olaraq həyata keçirilən hərbi manevrlər onun hərbi doktrinası ilə üst-üstə düşür. Doktrinaya görə, Silahlı Qüvvələr qlobal səviyyədə güc nümayiş etdirmək üçün deyil, ölkənin suverenliyini müdafiə üçün mövcudluğunu davam etdirir”, - deyə hesabatda qeyd edilib.

Sənəddə Rusiyanın Qərb ölkələrinin son 25-30 illik hərbi təcrübələrini diqqətlə araşdırdığı və öz milli təhlükəsizliyi üçün əsas təhdidlərin siyahısını hazırladığı da ifadə edilib.

“Ruslar hər şeydən öncə havadan həssas silahlardan edilən hücum, qurudan hücum, dəniz mərmi müdafiə sislemlərimizi inkişaf etdirməyimiz və NATO-nun onun sərhədlərinı yaxın ərazilərdə hərbi hissələr qurmasından narahat olur. Son illər Rusiya bu istiqamətlərdə mümkün təhdidlərə qarşı mübarizə aparacaq silahlar əldə etmək üçün böyük sərmayələr xərcləyir. Xüsusilə, dünyanın ən qabaqcıl, kompleks və inkişaf edən raket müdafiə sistemləri ilə əlaqəli silahlara üstünlük verilir. Rusiya həm gəmiləri, həm də qurudakı hədəfləri vurmaq üçün kruiz raketlərlə təhciz edilən hava, dəniz və quru sistemlərinin sayını artırır”-, sənəddə bildirilir.

Rusiya Silahlı Qüvvələrində struktur islahatları aparılıb

RAND analitikləri qeyd edirlər ki, son 10 ildə Rusiya ordusu köhnə təşkilatlanmadan imtina edib. İndi Rusiya hərbi birləşmələri daha kiçik, lakin daha təsirli və hər an döyüşə getməyə hazır olan bir ordu halına gətirilir: “Onlar xarici və daxili təhdidlərə qarşı müqavimət göstərmək üçün qoşunların müxtəlif istiqamətlərə sürətlə dislokasiyanı öyrənirlər. Quru və hava qüvvələrində təminən 60 alay var. Hər tabor peşəkarlardan ibarət olmaqla yaradılır. Kiçik, amma peşəkar, qabiliyyətli elit qoşunlardan istifadə etmək artıq Rusiya Silahlı Qüvvələrinin bir xüsusiyyətidir”.

Kremli nüvə silahını hansı situasiyaa tətbiq edəcək?

Araşdırmaçılar qeyd edrlər ki, Moskva 2000-ci ilin ortalarından başlayaraq, nüvə silahına müraciət etmədən strateji vəzifələri həyata keçirə bilmək üçün uzunmənzilli silahları şərti olaraq inkişaf etdirir.

Raportda deyilir ki, hərbi doktrinasına görə Rusiya ancaq ölkə olaraq yox olma təhlükəsi ilə üz-üzə qaldığı təqdirdə nüvə silahından istifadə edə bilər:

“Kreml bəzi vəzziyyətlərdə nüvə silahından istifadə etmək qərarı verə bilər. Məsələn, qarşı tərəf Kalininqradda və ya Moskva bölgəsindəki hava müdafiə sistemlərini məhv etməyi bacararsa, eləcə də quru qoşunları ciddi itkilər verərsə, bu zaman nüvə silahından istifadəyə qərar verilə bilər. Ruslar eyni zamanda raket bazalarına və strateji qüvvələrin komanda mərkəzinə hücum edilə biləcəyindən narahatdır. Sovet dövründən bəri raket hücumu xəbərdarlıq sistemlərinin kosmik komponenti olduqca zəngindir. Ruslar peyk qrupunu 2020-ci ildən sonra əvəz etməyi planlaşdırır. Bu müddətə qədər isə qurudakı radar sistemlərinə etibar etməlidirlər”.

Rusların qəfil hücum planları

RAND təhlilçiləri hesab edir ki, ruslar öz dövlətlərinə hücumun qaçılmaz olduğu qənaətinə gəldiyi təqdirdə Kreml önləyici hücum qərarı verə bilər.

“Bu vəziyyətdə qarşıdurmanı ilkin nöqtədə dayandırmaq Rusiya üçün kritik şəkildə əhəmiyyətlidir. Müharibə nə qədər uzun sürərsə, ordu bir o qədər zəifləyər. Krım, Gürcüstan, Əfqanıstan və Çexslovakiya təcrübəsini xatırlatmaqla müəyyən etmək olar ki, Rusiya çox sürətli hərəkət edə bilər. Rusiya hərbi baxımdan onun imkanında olan və ya ondan güclü olan bir ölkəyə hücum etmək qərarı verərsə, bu zaman əsas üç hədəf olacaq.

Birinci hədəf - rəqib komandanın quruluşunu məhv etmək. Bu zaman ruslar rəqibin ünsiyyətinə mane olmaq üçün bütün gücündən istifadə edəcək.

İkinci hədəf olaraq ruslar motiv və niyyətlərini gizlətmək, aldadıcı manevrlər etmək məqsədilə maskalanma üslundan istifadə edəcək.

Üçüncüsü, əsas hücum qarşı tərəfə reaksiya vermədən maksimum sürətlə aparılacaq”- deyə raporda bəyan edilir.


Müəllif: Cavad