İranda bahalaşma əlkeyhinə aksiyalar davam edir.
Teleqraf.com xəbər verir ki, Məşhəd və Kaşmer şəhərlərindən sonra Kirmanşahda da əhali Ruhani hökumətinə qarşı etiraz etmək üçün küçələrə çıxıblar.
Aksiyalarda "Nə Qəzza, nə Livan, canım İrana fəda olsun", "Rədd olsun diktator" kimi şüarlar səsləndirilib.
İran prezidentinin birinci müavini İshak Cihangiri keçirilən aksiyaların arxasında başqa qüvvələrin durduğunu bildirib.
Aksiyaların prezidentliyə sabiq namizəd Mir Hüseyin Musəvinin tərəfdarları tərəfindən təşkil edildiyi bildirilir.
Qeyd edək ki, aksiya ilə bağlı foto və video məlumatları sabiq prezident Mahmud Əhmədinejata yaxın onlayn media qurumları paylaşıb.
İranın dini lideri Əli Xameneyinin Məşhəd təmsilçisi, Cümə imamı Əhməd Aləməlhuda Sebzivar şəhərindəki çıxışında mövcud iqtisadi siyasəti tənqid edib.