Heç bir şey əvvəlki kimi olmayacaq. Kimsə bizdən daha 50 il nəticəsiz və hüdudsuz bir qaydada müzakirələr aparacağımızı gözləməsin.
Teleqraf.com xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı deyib.
Prezidentin fikrincə, 2017-ci il Kipr problem baxımından ağır il olub:
“Biz Kiprin türk tərəfi olaraq İsveçdə başlanan müzakirələrdən konkret nəticələrlə dönməyi arzulayırdıq. Türk tərəfinin bu danışıqlarda irəliyə addım atan tərəf olduğunu bütün dünya gördü. Biz əlimizdən gələni etdik. Nəticə əldə olunmadısa, bunun səbəbi bizdə deyil”.
Mustafa Akıncı əlavə edib ki, hazırkı nöqtədə heç kimin Kipr türk tərəfini sanksiyalar altında yaşatmaq haqqı yoxdur:
“Heç nə əvvəlki kimi olmayacaq. Bizdən 50 il davam edəcək nəticəsiz müzakirələr gözləməyin. Bu, mümkün deyil. Beynəlxalq ictimaiyyətin Kipr türklərini divara qısnaması əslində problemin həllinə maneə yaratdı. Bundan böyük səhv ola bilməzdi”.