30 Dekabr 2017 17:55
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin qərarına məhəl qoymayaraq Şimali Koreyaya neft daşıyan gəmi müsadirə edilib.

Teleqraf.com xəbər verir ki, gəmi Honkonq bayrağı ilə üzsə də, Cənubi Koreyaya məxsusdur.

Yonhap agentliyi qeyd edib ki, beynəlxalq sularda Pxenyana aid gəmiyə 600 ton neft satan “Lighthouse Vinmore” gəmisi Cənubi Koreyanın gömrük əməkdaşları tərəfindən saxlanılıb.

Cənubi Koreya rəsmiləri gəminin neft satışı ilə bağlı əldə edilən informasiyanı ABŞ tərəfi ilə paylaşacağını elan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər