Ukrayna Prezidenti Petro Poroşenko Avropa Komissiyasının sədri Jan-Klod Yunkerə müraciət edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Avropa Birliyinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Xyur Minqarelli məlumat verib.
Poroşenko Avropa Birliyindən 600 milyon avro yardım istəyib.
Minqarellinin sözlərinə görə, Yunker prezidentin tapşırığı ilə bağlı AB-yə müraciət edib:
“Araşdırmalar nəticəsində məlum olub ki, Ukrayna ilk yardım zamanı üzərinə götürdüyü 21 öhdəlikdən 4-nü yerinə yetirməyib. Növbəti yardım üçün bu öhdəliklərin yerinə yetirilməsi vacibdir”.