15 Yanvar 2018 19:59
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentində “Elk” fraksiyasının deputatları insanları bahalaşmaya qarşı küçəyə çıxmağa və hökuməti Vergilər Məcəlləsinə dəyişikliyə məcbur etməyə çağırıb.

Teleqraf.com-un məlumatına görə, parlamentin iclası zamanı deputatlar ölkədə yaranan vəziyyətlə əlaqədar hakim partiyanı təqsirləndirib: “Elə təəssürat yaranır ki, Ermənistan hakimiyyəti yalnız indi bahalaşma haqqında öyrənib və bunun qarşısını almağa çalışır. Amma biz bütün 2017-ci il boyunca xəbərdarlıq edirdik ki, yanvar ayından yeni Vergi məcəlləsi qüvvəyə minəcək və bahalaşma qaçılmazdır. Siz sıxılmış qazın qiymətini üç dəfə qaldıranda bilmirdiniz ki, bunun böyük təsiri olacaq?”

Deputat Edmon Marukyan vurğulayıb ki, parlament artıq tükəndiyi üçün insanları küçələrə çıxmağa çağırır. (Trend)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər