Fransada Rusiya mediasının hədəfə alınması Moskvada ciddi narazılığa səbəb olub.
Teleqraf.com xəbər verir ki, Dövlət Dumasının deputatı Andrey Klimov Russia Today (RT) media orqanına qarşı ayrı-seçkilik edilməsi qənaətinin yarandığı andan ölkəsində Fransa mediasına qarşı eyni addım atılacağını elan edib.
Qeyd edilir ki, Rusiya media nümayəndələri Fransa prezidenti Emmanuel Makronun sözçüsünün mətbuat konfransına buraxılmayıb. Eyni zamanda rus jurnalistlərin Makronun Romadakı zirvə görüşünü müşayiət etmələri də əngəllənib.
Andrey Klimov bəyan edib ki, Rusiyanın Fransadakı səfirliyi bu addımların səbəblərini tapmalıdır: “Rusiya qanunlarına uyğun olaraq, lazım gəlsə Fransa mediasına qarşılı tədbirlər həyata keçirərik”.
Qeyd edək ki, ABŞ-ın RT-yə qarşı tətbiq etdiyi qadağalara qarşı Rusiya prezidenti Putin də ölkədən kənarda maliyyələşən media orqanlarını “xarici agent” olaraq tanınmasını nəzərdə tutan qanunu imzalayıb.