ABŞ Fələstinə veriləcək 65 milyon dollarlıq yardım layihəsinin icrasını təxirə salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyindən verilən açıqlamada qeyd olunub.
Qeyd edək ki, ABŞ BMT-nin Fələstin qaçqınlarına dəstək üçün təsis etdiyi Yaxın Şərq Agentliyinin (UNRWA) maliyyələşdirilməsi üzrə nəzərdə tutulan məbləği yanvarın 1-də öödəməli idi. ABŞ prezidenti Donald Tramp İsrail ilə sülh danışıqları aparmaq istəməməsi səbəbindən Fələstinə maliyyə yardımını dayandırmağı təklif edib.