17 Yanvar 2018 15:45
2 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali və Cənubi Koreya arasında Panmunyom sərhəd-keçid məntəqəsində növbəti görüş keçirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş zamanı Şimali Koreya idmançılarının Cənubi Koreyada keçiriləcək Qış Olimpia Oyunlarında iştirakı müzakirə edilib.

Bundan başqa, tərəflər oyunların açılış və bağlanış mərasiminə iki ölkənin birlikdə çıxması məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər bu məsələdə razılıq əldə ediblər.

Qeyd edək ki, danışıqların ilk mərhələsi yanvarın 9-da keçirilmiş, nəticədə ilkin razılıq əldə edilmişdi. Razılaşmaya əsasən, Şimali Koreya Cənubi Koreyada keçiriləcək Qış Olimpiyada Oyunlarına rəqs və musiqi qrupunu, eləcə də taekvando yığmasını göndərəcək.


Müəllif: Samir

Oxşar xəbərlər