27 Yanvar 2018 11:36
1 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada polisi dekabr ayında evlərində ölü tapılan milyarder cütlük Bernard və Honey Şermanın qətlə yetirildiyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, cütlüyün meyiti 2017-ci il dekabrın 16-da yaşadıqları evdə aşkarlanıb.

Bernard və Honey Şermanın dünyanın ən nəhəng dərman şirkəti olan Apotexin qurucularıdır. 6 həftə araşdırma aparan Toronto polisi sonda qətl versiyasının üzərində dayanıb.

Bununla belə, evin ikinci mərtəbəsində öldürülən cütlüyün heç bir zorakılıqla üzləşmədiyi də qeyd edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər