Çin hərbi sferada süni intellektin və kvant texnologiyasının tətbiqinə təkan vermək üçün aparıcı elmi tədqiqat institutundan 120 mütəxəssis seçərək götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “South China Morning” qəzeti dövlət KİV-lərinə istinadən məlumat yayıb.
Mütəxəssislər Çin Xalq Azadlıq Ordusunun Hərbi Elmlər Akademiyasına işə götürülüblər. Onların əksəriyyəti elmi dərəcəsi olan alimdir. Xüsusilə, süni intellekt və kvant texnologiyası üzrə ixtisaslaşıblar.
Qəzet yazır ki, bu addımı atmaqda Pekinin məqsədi hərbi-texniki baxımdan superdövlət olmaqdır. Bu cəhdlər, xüsusilə, Çin Xalq Respublikasının sədri Si Cinpinin istənilən düşmənə cavab verməyə qadir ultramüasir ordu qurmaq ideyasının tərkib hissəsidir.