30 Yanvar 2018 00:28
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yapon dənizində itən “Vostok” gəmisinin axtarışları dayandırılıb.

Teleqraf.com xəbər verir ki, "Axtarışların aktiv fazası itən şəxslərin sağ tapılmaq ümidi olmadığından dayandırılıb. Axtarışları o ərazidən keçən gəmilər davam etdirəcək", deyə Vladivostok xilasetmə mərləzinin nümayəndəsi bildirib.

Qeyd olunur ki, axtarış əməliyyatların başlandığından Yapon dənizində 26,6 min kv. km ərazi yoxlanılıb.

"Vostok" gəmisi Koreya Respublikasının Donqhe limanından Saxalin vilayətinin Holmsk limanına hərəkət edirmiş. Gəminin göyərtəsində 21 nəfər olub, onlardan ikisi azərbaycanlı olub. Onlar 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər