1 Fevral 2018 12:27
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:10

Rusiya Federal Təhlükəsizlik Xidməti Nijne Novqorod şəhərində terror aktı planlayan terrorçunu zərərsizləşdirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya FTX-nın mətbuat xidməti məlumat yayıb.

Həmin şəxs Rusiyada mart ayında keçiriləcək prezident seçkiləri vaxtı terror törətmək niyyətində olub.

Terrorçunun evində axtarış zamanı bombaların hazırlanması üçün lazım olan avadanlıqlar, silah və hərbi sursat aşkar edilib.

Onun İŞİD terror təşkilatına üzv olduğu qeyd edilib.

***

Terrorçunun zərərsizləşdirilməsi anı Rusiya mediasında yayımlanıb.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Samir

Oxşar xəbərlər