Dronun yanlış idarə edilməsi faciəyə səbəb olacaqdı.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə ABŞ-ın Nevada ştatında baş verib.
Makkarran aeroportu yaxınlığında təyyarənin qalxma anını lentə alan dron az qala laynerlə toqquşacaqdı. Pilotların sayıqlığı olayın baş verməsinin qarşısını alıb.
Faktla bağlı araşdırmalara başlanıb.