Türkiyənin Çeşmə şəhərində yaşayan kişi həyat yoldaşının onu döyməsi ilə bağlı şikayət edib.
Teleqraf.com xəbər verir ki, ötən ilin mart ayında ailə həyatı quran cütlüyün arasında bir müddət sonra problemlər yaranmağa başlayıb. Kişi boşanma üçün müraciət edən zaman qısa evliliyi ərzində yaşadığı travmalardan bəhs edib.
O, xanımı tərəfindən fiziki zorakılığa məruz qaldığını, döyüldüyünü, xayalarının sıxılraq ona işgəncə verildiyini deyib.
O, həyat yoldaşının onun "çay ver" kimi kiçik istəyini belə yerinə yetirmədiyini, tez-tez mübahisə etdiyini və dəfələrlə onu otağa salaraq kilidli qapı arxasında saxladığını bildirib. O, hətta başına gələnlərə görə dəfələrlə psixoloqa müraciət edərək dəstək aldığını da qeyd edib.
Kişinin vəkili Ayşə Əsra Ünlü Polad isə müvəkkilinin həyat yoldaşı ilə arasındakı Vatsap yazışmalarını da sübut kimi məhkəməyə təqdim edib.
Vəkilin iddiasına görə, müvəkkili bütün iddialarında haqlıdır. Onlar xanımdan 150 min maddi, 150 min isə mənəvi təzminat tələb edir.