PKK terror təşkilatının Suriyadakı kəşfiyyat komandiri, Cudi Amed ləqəbli terrorçu öldürülüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyədəki hücumlarda barmağı olduğu bildirilən və PKK-nın “qara qutusu” sayılan terrorçu Hasekedə güllələnib.
Məlumatlara görə, hadisə Cudi Amedin Hasekedə amerikalı nümayəndələrlə görüşündən sonra baş verib. Onun 4 mühafizəçisi ilə birlikdə PKK komandirləri tərəfindən öldürüldüyü iddia edilir.
Olayın Suriyadakı PKK liderləri arasında ciddi toqquşmaların baş verməsini təsdiqləyir.