İspaniyada Mərakeşdən Avropa ölkələrinə narkotik maddələr daşıyan beynəlxalq şəbəkənin üzvləri həbs edilib.
Teleqraf.com xəbər verir ki, ispan polisi əməliyyat nəticəsində 16 nəfəri həbs edib.
Saxlanılan şəxslər Avropa ölkələrinin vətəndaşlarıdır.
Şəbəkə üzvləri narkotik ticarətilə yanaşı, çirkli pulların yuyulması, saxta sənədlərin hazırlanması, nəqliyyat vasitələrinin oğurlanması kimi cinayətlərlə də məşğul olublar.
Əməliyyat zamanı şəbəkə üzvlərindən 1 tona yaxın narkotik maddə, silah, saxta pullar müsadirə edilib.