18 Fevral 2018 00:43
2 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ali dini lideri Ayətullah Xameneyinin müşaviri Əli Əkbər Vilayəti ABŞ Dövlət katibi Reks Tillersonun bölgəyə səfəri ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Vilayəti Yaxın Şərqin ən böyük probleminin ABŞ olduğunu bildirib:

"Tillersonun bölgəyə səfəri ABŞ-ın bölgədə islam dövlətlərinə yönəlik siyasi və hərbi planlarının puç olması ilə əlaqədardır. İran hərbi və təhlükəsizlik mövzusunda ABŞ-ın bölgədə hərəkətlərini təqib edir. İran, İraq və Suriya birliyi ABŞ-ın kürd bölgələrinə sızmasına izn verməyəcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər