ABŞ prezidenti Donald Tramp yaşı 21-dən aşağı olan vətəndaşlara silah satışının qadağan olunması təşəbbüsü ilə çıxış edib. O, bildirib ki, qeyd olunan yaşdan aşağı insanlara silah satışını qadağan etmək lazımdır.
Qeyd edək ki, fevralın 14-də ABŞ-ın Parkland şəhərində (Florida ştatı) “Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfər ölüb. Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb.
Məktəbdəki faciədən sonra ABŞ-da silah satışının qadağan edilməsilə bağlı tələblər artıb.