25 Fevral 2018 10:53
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika Prezidenti Enrike Penya Nyeto amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ tərəfi məlumat yayıb.

50 dəqiqə davam edən telefon danışığı gərgin keçib. Tərəflər ABŞ-Meksika sərhədində tikilən divarla bağlı razılığa gələ bilməyiblər. Bu səbəbdən Meksika prezidenti ABŞ səfərini təxirə salıb.

Məlumatlara görə, danışıqlar zamanı Tramp Nyetonu razı sala bilmədiyi üçün hövsələdən çıxıb və bu səbəbdən gərginlik daha da artıb.

Qeyd edək ki, Tramp divarın tikintisinə Meksika tərəfinin də maliyyə ayırmasını tələb edib.


Müəllif: Samir

Oxşar xəbərlər