26 Fevral 2018 12:17
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiçik səhv NATO üzvləri arasında müharibəyə səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin "Faynənşl Tayms" qəzetində yazılan məqalədə bildirilir.

Qəzet ABŞ və Türkiyənin PKK/PYD qruplaşması ilə bağlı mövqelərinə diqqət çəkib:
“ABŞ PYD silahlıları ilə İŞİD terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq etdiyini açıqlayıb. Türkiyə isə PYD qruplaşmasını PKK terror təşkilatının Suriya qolu hesab edir. Bu, Türkiyə və ABŞ arasında gərginliyin artmasına səbəb olub. ABŞ-ın və ya Türkiyənin hansısa kiçik səhvi müharibəyə səbəb ola bilər. Bundan başqa, hazırda bölgədə Moskva və Tehran kimi güclü tərəflər var. Suriya Prezidenti Bəşər Əsədin hakimiyyətdə qalması bu iki gücdən daha çox asılıdır. BMT Təhlükəsizlik Şurasının fevralın 24-də qəbul etdiyi Suriyada 30 günlük atəşkəs qərarı isə yara sarğısı rolunu oynayır. Bu qərarın bölgədə gərginliyi qismən azaldacağı istisna deyil”.


Müəllif: Samir

Oxşar xəbərlər