Rusiya Xarici İşlər naziri Sergey Lavrov alman həmkarı Siqmar Qabriellə telefon danışığı aparıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Lavrov ABŞ-ı BMT Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəs rejiminə əməl etməyə çağırıb.
Sergey Lavrov eyni zamanda alman həmkarını rus əsgərlərinin Şərqi Quta bölgəsindəki fəaliyyəti ilə bağlı məlumatlandırıb.