Papua Yeni Qvineiya ölkəsində yenidən güclü zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ Geoloji Xidməti məlumat yayıb.
Maqnitudası 6 bal olan zəlzələnin episentri Tari şəhərindən 59 kilometr aralıda, yerin 10 kilometr dərinliyində yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.
Papua Yeni Qvineya rəhbərliyi son günlər ölkədə baş verən və maqnitudası 5-7,5 bal olan zəlzələlər nəticəsində ölən və yaralananların sayını açıqlayıb. Məlumatlara görə, hadisələr zamanı 30 nəfər həlak olub, 300 nəfər yaralanıb