Rusiyadan idarə olunan "APT28" adlı haker qrupu Almaniyada bir neçə strateji internet saytına hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın DPA xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, qrup ötən ilin yanvarından müdafiə və xarici işlər nazirliklərinin saytlarına sıza bilib və bu sızıntı bir neçə gün öncə müəyyən edilə bilib.
Hücumun arxasında Rusiya hökumətinə məxsus qüvvələrin durduğu bildirilir. Həmin qrupun 2015-ci ildə Federal Məclisə aid məlumat mərkəzinə də hücum etdiyi qeyd olunur.