"Krımda Rusiyanın əlində olan Ukrayna gəmilərini yarımada ilə birlikdə alacağıq. Buna hazırıq".
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Ukrayna prezidenti Petro Poroşenko çıxış edib.
Poroşenko qeyd edib ki, Krım Muxtar Vilayətinin adının dəyişdirilərək Krım Tatar Muxtar Vilayəti edilməsi üçün Ukrayna konstitusiyasının 10-cu maddəsinin dəyişilməsi üçün İşçi Qrupu hələ təkliflərini hazırlamayıb: "Təkliflər tam hazır olandan sonra parlamentdə məsələyə baxılacaq".
Poroşenko Krımda Rusiyaya qalan Ukraynanın hərbi gəmilərinin taleyi ilə bağlı suala cavab olaraq bildirib ki, ölkəsi gəmiləri Krımla birlikdə geri almağa hazırdır: "Krımın geri alınması üçün hər şeyi edəcəyik".
Rusiya prezidenti Vladimir Putin bu ilin yanvar ayında Krımda Ukraynaya məxsus hərbi gəmiləri Kiyevə təhvil verməyə hazır olduqlarını bəyan edib.