Vladimir Putin Federal Məclis üzvləri qarşısında çıxışı zamanı Rusiyanın 5 müasir silaha sahib olduğunu və bu silahlar əleyhinə hər hansı sistemin yaradılmadığını vurğulamışdı. Söhbət yeni texnoloji raketlərdən və nüvə silah-sursatından gedir.
Teleqraf.com xəbər verir ki, Putinin müasir silahları təqdim etməsinin ardından sosial şəbəkələrdə onlara ad qoyulması ilə bağlı müzakirələr açılıb.
Bəlli olub ki, Rusiyanın Vaşinqtondakı səfirliyi də yeni silahlara ad qoyulması məqsədilə özünün tvitter hesabından tvit ataraq amerikalıları bu müzakirələrdə iştiraka dəvət edib.
Qısa müddətdə amerikalılar müzakirələrdə aktiv iştirak ediblər.
Bir amerikalı istifadəçi təklif edib ki, Putinin açıqladığı yeni silahlara ABŞ-ın birinci ledisi "Melaniya Trampın sinəsi" adı verilsin: “Melaniya Trampın sinəsi kimi yeni silahlar da saxtadır”.