Suriyanın Şərqi Quta şəhərində Əsəd ordusu tərəfindən qətlə yetirilən uşaqlar BMT-nin boş kisələrinə bükülərək dəfn edilib.
Teleqraf.com xəbər verir ki, Bəşər Əsəd rejimi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarı və Rusiyanın elan etdiyi 5 saatlıq atəşkəsə rəğmən 5 il mühasirə altında saxladığı Şərq Qutada mülki şəxsləri qətl etməkdə davam edir. Fevralın 19-dan martın 2-dək Şərqi Qutada 674 mülki şəxs həlak olub, 2 min 278-i isə yaralanıb.
Öldürülən azyaşlılar BMT-nin içərisində yardım göndərdiyi kisələrə bükülərək torpağa tapşırılıb. Bununla yerli sakinlər BMT-yə müsaj göndərirlər ki, onun qərarına əhəmiyyət verməyərək günahsız insanları öldürən Əsəd rejimilə bağlı ölçü götürülsün.