5 Mart 2018 15:03
3 758
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:16

BMT-nin İnsan Haqları Şurasında Suriya Prezidenti Bəşər Əsəd rejiminin Şərqi Qutaya hücumları ilə bağlı qanun layihəsi qəbul edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, layihədə Əsəd rejiminin bu cür hücumları şiddətlə qınanıb.

İngiltərənin çağırışı ilə martın 2-də Şərqi Qutadakı humanitar böhranı müzakirə etmək üçün toplanan şura üzvləri Rusiyanın bu qanun layihəsinə dəyişiklik edilmə səbəbi ilə bu gün yenidən bir araya gəliblər.

Səsverməyə çıxarılan layihənin lehinə 29, əleyhinə 4 ölkə səs verib, 14 nümayəndə isə səsvermə hüququndan istifadə etməyib.

Bununla da Rusiyanın dəyişiklik tələbi rədd edilib.

Qanun layihəsində Əsədin qınanılması ilə yanaşı Şərqi Qutadakı hücumların araşdırılması tələb edilib.


Müəllif: Samir

Oxşar xəbərlər