Türkiyə polisi Samsunda Ankaradakı ABŞ səfirliyinə hücum planlaşdıran şəxsləri yaxalayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyat Milli İstihbarat Təşkilatının Terrorçuluqla Mübarizə İdarəsi ilə birgə həyata keçirilib.
Əməliyyat zamanı İŞİD terror təşkilatının 4 üzvü saxlanılıb.
Onların İraq əsilli olduğu açıqlanıb.