6 Mart 2018 19:32
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

2010-cu ildə Böyük Britaniyada sığınacaq alan 66 yaşlı Sergei Skripal və qızı Yulia Skripalın qanında şübhəli maddə aşkar edilib.

Teleqraf.com xəbər verir ki, ata və qızı Salisbury şəhərindəki alış-veiş mərkəzinin önündəki skamyada ağır vəziyyətdə tapıldıqdan sonra xəstəxanaya qaldırılıb.

İngiltərə polisi hadisənin baş verdiyi ərazini nəzarətə götürüb. Təhlükəsizlik kameralarına baxış zamanı Skripalın yaxınlığından bir kişi və qadının keçdiyi görünüb. Həmin şəxslərin tapılaraq istintaqa cəlb edilməsi üçün tədbirlər görülür.

Rusiya İngiltərə üçün casusluq keçmiş məhkum agentin halının pisləşməsinə nəyin səbəb ola biləcəyi haqqında "heç bir məlumatının" olmadığını bildirib.

Rəsmi Kreml polis istintaqı ilə əməkdaşlıq etməyə hazır olduğunu söyləyib. Bazar günü onlar Maltings ticarət mərkəzindəki skamyada huşsuz vəziyyətdə tapılıblar.

Onların bədənlərində xarici görünüşcə hər hansı zədə və ya xəsarət yoxdur. Polis onların başına nə gəldiyini, bunun sui-qəsd olub-olmadığını aydınlaşdırmağa çalışır.

Rusiya məhkəməsi 2006-cı ildə Sergey Skripalı 13 il azadlıqldan məhrum edib. 2010-cu ildə o, ABŞ-ın Rusiyaya təhvil verdiyi 10 casusun qarşılığında azadlığa buraxılıb və İngiltərəyə sığınıb.

Rusiya Skirpalın 1990-cı ildən bu yana İngiltərənin kəşfiyyat orqanı olan "MI6"ya məlumatlar ötürdüyünü və rus casusların adlarını deşifrə etdiyini açıqlayıb.

Skirpalin arvadı və oğlu bir neçə ilin içərisində avtomobil qəzasında ölüblər.

"MI6" üçün çalışmış digər rus casusu Aleksandr Litvinenko 2006-cı ildə 43 yaşında Londonda qaldığı oteldə çayına atılmış radioaktiv Polonium-210 maddəsindən zəhərlənərək ölüb.

Litvinenkonun ölümündə əli olduğu bildirilən şəxsləri Rusiya İngiltərəyə verməkdən imtina edib.


Müəllif: Ruslan

Oxşar xəbərlər