Böyük Britaniyada səfərdə olan Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmana etiraz edən bir qrup şəxs İngiltərənin Nazirlər Kabinetinin binası önündə aksiya keçiriblər.
Teleqraf.com xəbər verir ki, etirzçıları "Müharibəni dayandır", "Bin salman hərbi canidir" kimi şüarlar səsləndiriblər.
İngiltərənin ana müxalifət partiyası olan İşçi (Sosialist) Partiyasının deputatı Kris Villiamson ölkəsinin Yəməni bombalayan Səudiyyə Ərəbistanına silah satmasını sərt tənqid edib.
2015-ci ildən bəri İngiltərə Səudiyyə Ərəbistanına 4 milyard dollarlıq silah satıb. Həmçinin İngiltərə hərbçiləri Səudiyyə ordusunda təlimlər keçirlər. Səudiyyə Ərəbistanı 2015-ci ildən bu yana Yəməndə Husilərin yaşadıqları Səna və digər şəhərlərə avia-zərbələr endirir.
<iframe frameborder="0" width="600" height="460" src="//www.dailymotion.com/embed/video/x6fueet" allowfullscreen allow="autoplay"></iframe>