11 Mart 2018 19:30
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenrti Donald Tramp onunla görüşmək istəyən Şimali Koreya lideri Kim Çen İnin qarşısında tək şərt qoyub. Nüvə və raket sınaqlarına son qoyulsun!

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Steve Mnukin NBC telekanalına açıqlamasında bildirib ki, əgər Kim Çen Trampın şərtini qəbul edərsə danışıqlar baş tutacaq və əsas müzakirə mövzusu Koreya yarımadasının nüvə silahından təmizlənməsi məsələsi olacaq.

Qeyd edək ki, Cənubi Koreyanın Milli Təhlükəsizlik nümayəndəsi Çunq Eui-Yonq Donald Trampın Şimali Koreya lideri Kim Çen Inın görüş təklifini qəbul etdiyini və tərəflərin may ayında bir araya gələcəyini bildirib.


Müəllif: Ruslan

Oxşar xəbərlər