12 Mart 2018 11:41
2 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya parlamenti 1915-ci ildə törədildiyi iddia edilən “erməni soyqrımı” haqqında qanun layihəsini rədd edib.

Teleqraf.com xəbər verir ki, Serbiya müxalifət partiyası olan Liberal Partiyanın lideri Zoran Zivkoviçin təklifi ilə saxta soyqırımı məsələsi parlamentdə qaldırılıb.

Ancaq parlamentin 139 deputatı bu iddianı rədd edib, yalnız 7 deputat layihənin lehinə səs verib.

Xatırladaq ki, 2010-cu ildə Serbiyanın Radikal Partiyası da eyni təklifi irəli sürmüş, amma parlament onu qəbul etməmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər