16 Mart 2018 10:25
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə köməkçisi, general-leytenant Herbert Makmasteri istefaya göndərəcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Vaşintqon Post” nəşri məlumat yayıb.

Nəşr bildirib ki, Tramp artıq Makmasterə əvəz axtarır:

“ABŞ prezidenti Makmasteri alçaltmadan vəzifəsindən uzaqlaşdırmaq üçün yaxşı yol tapıb. Bu yol Ağ Evin digər nümayəndələri üçün də keçərlidir”.

Makmasterin istefaya göndərilmə səbəbi kimi kadr dəyişikliyi göstərilir.

Qeyd edək k, Herbert Makmaster Maykl Flinnin istefasından sonra 2017-ci ilin fevralında bu vəzifəyə təyin edilmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər