Almaniya kansleri Angela Merkelin arxivindən çıxan foto izləyicilərin heyrətinə səbəb olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, fotodakı şəxslərin kimlikləri ilə bağlı iddialar səslənməyə başlayıb.
Ən çox deyilən versiya isə görüntüdə Merkelin yanındakı 2 qızın Böyük Britaniyanın indiki Baş naziri Tereza Mey və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri Qina Haspel olmasıdır.
Foto 1972-ci ildə Merkel 18 yaşında olarkən çəkilib. Həmin zaman Mey və Qinanın 16 yaşı olub.
Fotonu təqdim edirik: