Türkiyə Silahlı Qüvvələri təhlükəsizlik səbəbindən Afrin şəhər mərkəzinin giriş – çıxışlarını bağlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı TSQ Baş Qərargahı məlumat yayıb.
Hazırda terrorçulardan təmizlənən ərazilərin xüsusi qruplar vasitəsilə minalardan təmizlənməsi prosesinə başlanılb.
Qeyd edək ki, Afrin əməliyyatlarının davam etdiyi 59 gün ərzində 3647 terrorçu məhv edilib.