"Ənsar Alla" (husilər) şiə hərəkatının döyüşçüləri Yəməndə əməliyyat həyata keçirən ərəb koalisiyası qırıcılarından birini raketlə vurmağa cəhd ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya məlumat yayıb.
Məlumatda bildirilir ki, husilərin qırıcını vurmaq cəhdi boşa çıxıb. Təyyarə bazaya qayıdıb.