22 Mart 2018 14:39
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanla Almaniya Prezidenti Frank Valter Ştaynmayer arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı əsasən iki ölkə arasındakı münasibətlər müzakirə edilib, habelə əlaqələrin yaxşılaşdırılması üçün qarşılıqlı addımların atılmasının vacibliyi qeyd edilib.

Ərdoğan alman həmkarına bildirib ki, Angela Merkellə ötən həftə keçirdiyi görüş uğurlu olub və Ankara yeni alman hökuməti ilə dialoq və əməkdaşlığa nail olmaqda maraqlıdır.

Bundan başqa, Prezident Ərdoğan “Zeytun budağı” əməliyyatı ilə bağlı da Almaniya prezidentinə informasiya verib.

Telefon danışığı zamanı hər iki lider Almaniyada yaşayan türk toplumunun iki ölkə arasında güclü insani əlaqə təşkil etdiyini vurğulayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər