Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmmən bin Salman ABŞ Prezidenti Trampın kürəkəni Kuşuner üçün "o mənim cibimdədir" deyib.
Teleqraf.com xəbər verir ki, adının açıqlanmasını istəməyən ABŞ rəsmisi ölkə mediasına deyib ki, vəliəhd şahzadə Mədəmməd bin Salman Kuşunerlə olan yaxın münasibətindən düşmənlərinə qarşı istifadə edir.
Vəliəhd şahzadənin Birləşmiş Ərəb Əmirliyinin şahzadəsi Məhəmməd bin Zeydə "Kuşuner cibdədir" dediyi də iddia olunub.
Qeyd edilir ki, Səudiyyə Ərəbistanında korrupsiya ilə bağlı həyata keçirilən həbslərə Məhəmməd bin Salmanla Kuşunerin Riyadda görüşündən sonra start verilib.