ABŞ-da məktəblərdə baş verən silahlı basqınlar və fərdi silahlanmaya qarşı artan etirazlar istehsalçı şirkətləri iflasa uğradıb.
Teleqraf.com xəbər verir ki, 1816-ci ildə yaradılan məşhur silah markalarından "Remington" iflasdan qorunmaq üçün məhkəməyə müraciət edib.
"Reminqton" 2007-ci ildə 370 milyon dollara "Kerbusa" şirkətinə satılıb. Məlumata görə, fevral ayında ABŞ-da silah satışları ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz düşüb.