Feysbukun qurucusu Mark Zukerberq istifadəçilərin şəxsi məlumatlarının icazəsiz ələ keçirilməsi ilə bağlı ABŞ Konqresində ifadə verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN-ə Feysbukun adı açıqlanmayan nümayəndəsi məlumat yayıb.
Zukerberq avropalı deputatların mövzu ilə bağlı sorğularını cavabsız qoyub.
Xatırladaq ki, Kembric Analitik Şirkəti tərəfindən 50 milyon Feysbuk istifadəçisinin məlumatları qeyri-qanuni şəkildə istifadə edilib. Fakt üzə çıxandan sonra kompaniyanın səhmləri əsaslı şəkildə ucuzlaşıb.