29 Mart 2018 21:21
5 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın MİR Kosmik Agentliyinin kosmonavtı Aleksandr Lazutkin Ankarada "Elm və Utopiya" jurnalı və Rus dili Mədəniyyət Mərkəzi (RUSMER) tərəfindən təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Marsda və Ayda gəzmək xəyalı ilə yaşayan kosmonavt 3 məqsədinin olduğunu vurğulayıb:

"Kosmosdan Yerə baxanda təəssüflənmiş haldaydım. Pəncərədən baxanda Yerin yuvarlaq olduğunu gördüm. Sonra düşündüm ki, bunu onsuz da bilirdim və bunun üçün bura gəlməyə nə ehtiyac vardı? Daha sonra özümə "niyə təəssüfləndin" deyə sual verdim. Cavabım isə belə oldu: "Mən Kosmosa gec çıxdım".

"İlk olaraq Marsdan dünyamızı görmək, ikincisi sıfır Yer çəkisində olub o hisləri yaşamaq, üçüncüsü isə yadplanetlilərlə qarşılaşmaq istəyirəm. Kosmonavt olaraq işimə başlayanda çox həyəcanlanmışdım. Düşündüm ki, bu yaşda məni Kosmosa yola salmazlar. Mənim fikrimcə, texnoloji baxımdan insanlar Kosmosa getməyə hazırdırlar. Orada insan yaşamı üçün bütün şərait var. Amma öncə radiasiyadan qorunmağın yolu tapılmalıdır", - deyə Lazutkin bildirib.

Amerika və Rusiya arasında yadplanetlilərlə bağlı əvvəlki kimi rəqabət getmədiyini deyən Lazutkin artıq hər iki dövlətin bir Kosmik stansiyadan istifadə etdiyini bildirib:

"Tək bu iki ölkə deyil, bir çox - Avropa ölkələri, Yaponiya, Latın Amerikası ölkələri də kosmos haqqında araşdırmalar aparırlar və bu sahədə yeni addım atılacaq",- deyən kosmonavt "buna Mars yürüşü deyə bilərik" sözlərini əlavə edib.


Müəllif: Günay Əli