Türkiyədə azyaşlılara qarşı cinsi təcavüzdə ittiham olunaraq həbs edilmiş şəxslər xədim ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül açıqlama verib. Onun sözlərinə görə, yaxın vaxtlarda layihə Milli Məclisə təqdim olunacaq.
Layihədə uşaq təcavüzkarlarının kimyəvi yolla axtalanması nəzərdə tutulub.