Ərəb Birliyi təcili toplantı keçirməklə bağlı qərar qəbul edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qərara səbəb İsrail əsgərlərinin atəş açması nəticəsində 14 fələstinlinin həlak olması, 1400-nün isə yaralanması olub.
İclasın bu gün və ya sabah keçirilməsi gözlənilir. İclas zamanı İsrail tərəfinin hərəkətlərinin qınanmasını nəzərdə tutan qətnamə qəbul ediləcək.