On minlərlə insanın barışa yönəlik etiraz aksiyası zamanı 15-20 fələstinlini öldürməklə İsrail baş verənlərə həddindən artıq sərt reaksiya verdi.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın Vermont ştatının senatoru, prezidentliyə keçmiş namizəd Berni Sanders deyib.
Onun sözlərinə görə, hazırda Qəzza fəlakət içindədir və bölgədəki problemlərin həlli istiqamətində ABŞ-ın liderliyi ilə beynəlxalq koalisiya təşəbbüs göstərməlidir.
Berni Sanders qeyd edib ki, dünya Qəzzadakı faciəyə qarşı heç bir addım atmasa, bu etirazlar davam edəcək: “Buna görə də, fələstinlilər və israillilərin eyni masada oturması üçün səy göstərilməlidir".
O hesab edir ki, Qəzzadakı Fələstin nümayişçilərinin İsrail qüvvələri tərəfindən öldürülməsi tragikdir: “Şiddətlə qarşılıq görmədən yaxşı gələcək naminə yürüş keçirmək üçün hər kəsin haqqı var”.
Xatırladaq ki, martın 30-da Qəzza zolağında “Torpaq günü”nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçirilib. Hərbçilərlə toqquşmalarda 17 fələstinli ölüb.