Sabiq rus casusu Sergey Skripalın evi söküləcək.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, rus casusunun evi söküləcək və ətrafında 3 metr hündürlükdə hasar çəkiləcək.
Evin sökülmə qərarı onunla əsaslandırılır ki, binanın “Noviçok” zəhərli kimyəvi maddədən təmizlənməsindənsə, yenisi tikilməsi daha məqsədə uyğundur.
Məlumatda qeyd edilib ki, Skripal ailəsinin nahar etdikləri “Zizzi və The Mill” italiyan restoranının da sökülməsi planlaşdırılır.